Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyə jurnalistlərindən Qənirə Paşayevaya MÜKAFAT

Gap Gazeteciler Birliyi başqanı Zeynelabidin Kıymaz mükafatı və plaketi  təqdim edərkən bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir  və eyni zamanda Xocalı Soyqırımı həqiqətlərinin dünyaya yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə istiqamətində yorulmadan çalışır. Simsar.Az xəbər verir ki, millət vəkilinin bu mövzularda daim Türkiyə KİV qurum və sivil toplum təşkilatları, o cümlədən GAP Gazeteciler Birliği  ilə mütəmadi görüşdüyünü və bir millət vəkili olaraq özünün və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ortaq layihələrə dəstəyini yüksək qiymətləndirərək mükafatı millət vəkili Qənirə Paşayevaya təqdim edib. O, millət vəkilindən Azərbaycan dövlətinə Adıyaman bölgəsinin xahişini çatdırmasını da xahiş edib və bildirib ki, Azərbaycanın ümumimilli lideri və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində misilsiz rol oynamış Heydər Əliyevin adını daşıyan bir məktəbin istifadəyə verilməsi üçün Azərbaycan dövlətindən dəstək verilməsini xahiş edirlər. Mükafat üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür" düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib. Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Gap Gazeteciler Birliyi başqanı Zeynelabidin Kıymaza Türkiyədə yeni çapdan çıxmış  “Karabağ hikayeleri” kitabını, Qarabağ həqiqətləri ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.






27 May, 2015  13:47 Baxılıb: 757 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner