Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bağça müdirləri cəzalandırılacaq

Təhsil nazirliyinə 50 şikayət daxil olub

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki 20-dək məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi barədə ciddi tədbirlər görəcək. Bunu Simsar.az-a BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, bu gün təhsil naziri Misir Mərdanovun iştirakı ilə son 10 ayda BŞTİ-nin tabelyindəki məktəbəqədər təhsil müəssisələri ilə bağlı Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olmuş neqativ hallar müzakirə edilib.

İclasda nazir BŞTİ rəhbərliyinə neqativ halların baş verdiyi təsdiqlənmiş məktəbəqədər təhsil müəssisələrinin rəhbərliyi barədə ciddi tədbir görməyi tapşırıb.

Əliqızı deyib ki, "Qaynar xətt"ə 50 müəssisə barədə şikayət daxil olub.

Şikayətlərin 20-si təsdiqini tapıb. 20-yə yaxın müəssisədən daxil olmuş şikayətlər azyaşlıların məktəbəqədər təhsil müəssisələrinə qəbulu zamanı əsassız ödənişlərin tələb edilməsi, valideynlərdən müxtəlif məqsədlər üçün pulun yığılması ilə bağlı olub.

"Ən təəssüfedici hal oldur ki, valideynlərdən pul yığarkən həmin vəsaitin yuxarı orqanlara çatdırılacağını deyirlər. Amma nə BŞTİ, nə də Təhsil Nazirliyi belə qanunsuz hərəkətlərə yol verir. Valideynlərə də onlardan əsassız ödənişlər istəyən zaman dərhal "Qaynar xətt"ə məlumat vermələrini xahiş edirik", - Əliqızı deyib.






17 May, 2011  22:14 Baxılıb: 1178 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner