Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fövqəladə hadisələrdə ölümün çox olmaması üçün nə etməli?

Bir neçə gün əvvəl Binəqədi rayonunda baş vermiş yanğın insan tələfatı ilə yadda qaldı. Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilən məlumatda qeyd olundu ki, insanların panikaya qapılaraq dəhlizə çıxmaları onların zəhərlənməsinə və nəticədə, ölümünə səbəb oldu.


Bəs insanlar psixoloji cəhətdən özlərini belə hadisələrə necə hazırlaya bilərlər?

Psixoloq Dəyanət Rzayev hesab edir ki, insanlar praktiki cəhətdən fövqəladə vəziyyətlərə hazır olsalar, psixoloji cəhətdən də hazır olacaqlar: “Nəzərə almalıyıq ki, müharibə şəraitində yaşayırıq və bundan qat-qat dəhşətli vəziyyətlərlə rastlaşa bilərik. Təəssüf ki, belə vəziyyətlərdə vətəndaşlar necə davranmalı olduqlarını bilmirlər. Kifayət qədər Radiasiya Əleyhinə Sığınacaq yoxdur. Olsa belə, vətəndaşlar həmin sığınacaqlardan istifadə qaydalarından məlumatsızdırlar. İnsanları belə fövqəladə vəziyyətlərə hazırlamaq lazımdır. Bu məsələdə isə əsas yük Fövqəladə Hallar Nazirliyinin üzərinə düşür. Nazirlik tərəfədindən vaxtaşırı vətəndaşlar arasında təlimlər keçirilməlidir ki, praktiki cəhətdən belə vəziyyətlərə hazır olaq”.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda isə müntəzəm olaraq belə təlimlərin keçirildiyini bildirdilər. Əsasən, ümumtəhsil məktəblərini əhatə edən təlimlərdə şagirdlərə əyani şəkildə fövqəladə hallar vaxtı necə davranmaq lazım olduğu öyrədildiyini dedilər.

Təhsil Nazirliyindən də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə belə təlimlərin təşkil olunduğunu qeyd etdilər: “Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən  son illər yuxarı sinif şagirdləri arasında “Gənc xilasedici və yanğınsöndürən” Respublika və “Gənc xilasedici” beynəlxalq yarışları keçirilir. Həmçinin Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsi təşkil olunur.

Bütün bu maarifləndirmə tədbirləri və görülən işlər məktəblilərin, pedaqoji kollektivlərin və valideynlərin fövqəladə hallara hazırlıqlı olmasına, belə hallar yarandıqda necə davranmasına yönəldilib.

Gələcəkdə də fövqəladə hallarla bağlı maarifləndirmə işlərinin təhsil müəssisələrində ardıcılıq olaraq davam etdirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, ümumtəhsil məktəblərində tədris olunan “Həyat bilgisi” fənni üzrə şagirdlərə fövqəladə hallarda davranışlarla bağlı məlumatlar verilir, onların maarifləndirilməsi işi aparılır”.

Vüsal Məmmədzadə

 






27 May, 2015  11:54 Baxılıb: 1151 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner