Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Biz barışmışıq - Röyanı söyən oğlan

Bir neçə gündür ki, mediada və sosial şəbəkədə müzakirə olunan Röyanın onu təhqir edən şəxslə bağlı paylaşdığı videonun qəhrəmanı danışıb.

Simsar.az-ın açıqlamasında Zaur İbrahimov bildirib ki, onlar artıq Röya ilə barışıblar: “Biz Röyadan şikayətçi deyilik. Görüşüb barışmışıq. Bu hadisədən heç kim istifadə etməsin. Bu barədə biz heç bir vəkilə açıqlama verməmişik. Bir daha deyirik ki, məsələni həll edib barışmışıq və Röya ilə bağlı Hüquq Mühafizə Orqanlarına heç bir müraciət etməmişik və belə fikrimiz də yoxdur”.

Z. İbrahimov hadisənin günlərdir mediada müzakirə olunmasına da toxunub: “Bu məsələni kimlərsə şişirdir. Biz bunu istəmirik”.

Qeyd edək ki, Röyanın bir neçə gün əvvəl paylaşdığı video müzakirələrə səbəb olandan sonra müğənni sözügedən görüntünü instagram hesabından silib.

***

Xatırladaq ki, Röya həmin görüntüləri instagram hesabında paylaşanda Elnur adlı şəxsin adını çəkmişdi. Belə görünür müğənni həmin gəncin uzaqdan görüntüsünü yaysa da, adını ictimaiyyətə olduğu kimi açıqlamaqdan ehtiyat edib.






27 May, 2015  10:47 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner