Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Siqaret tüstüsündən boğuluruq

Qənirə Paşayeva qadağa təklifi ilə çıxış edir

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında millət vəkili Qənirə Paşayeva Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun tezliklə qəbul olunmasının zəruriliyini bildirib.

Simsar.az-ın məlumatına görə, deputat bildirib ki, mayın 31-i ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günüdür.

"Bir çox ölkələr kimi, Azərbaycan da BMT-nin bu məsələ ilə bağlı konvensiyalarına qoşulub. Amma təəssüflər olsun ki, indiyədək qanunvericilik sahəsində heç bir addım atılmayıb", - millət vəkili bildirib.

Paşayevanın sözlərinə görə, ictimai yerlərdə çox biabırçı vəziyyət yaranıb, belə ki, nə uşaqlara, nə də qadınlara fikir verilmədən siqaret çəkilir.

O qeyd edib ki, ən azı ilkin mərhələyə Türkiyədə olduğu kimi, ictimai yerlərdə siqaret çəkilməsini qadağan etməklə başlamaq olar.

"Sosial siyasət komitəsi qanun layihəsini müzakirə edib, təkliflər verilib və demək olar ki, qanun layihəsi hazırdır. Hesab edirəm ki, mayın 31-dək biz bu istiqamətdə ilkin müzakirələr keçirə biləcəyik. Dünyanın əksər ölkələri artıq bu istiqamətdə ciddi işlərə başlayıblar", - o qeyd edib.

Paşayeva bildirib ki, statistikalar göstərir ki, siqaret çəkən şəxslər həm özlərini, həm də ətrafda olan insanları özləri qədər zəhərləyirlər.

"Siqaretdən istifadəyə görə xəstəliklər də artıb - ağciyər xərçəngi geniş yayılıb və bu, acınacaqlı vəziyyətdir", - Paşayeva bildirib.

Deputat Milli Məclisin növbəti iclasında bu məsələnin müzakirə olunmasını təklif edib.






17 May, 2011  21:45 Baxılıb: 1246 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner