Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənilər dərhal ərazimizi tərk etsinlər - MN

“Ermənistan müdafiə naziri Seyran Ohanyanın mayın 25-də parlamentdəki brifinqdə çıxışı zamanı Dağlıq Qarabağmünaqişəsi və cəbhədəki vəziyyətə dair səsləndirdiyi fikirlər onun xarakterinə uyğun boş bəyanatlar və vədlər silsiləsindəndir”.

Bunu Simsar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər:

“Deyəsən Ermənistanın hərbi-siyasi rəhbərliyi 2014-cü ildə və bu il ərzində cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb. Əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər”.

Müdafiə Nazirliyinin cavabında qeyd olunub ki, əks halda Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında işğalçıya cavab vermək hüququnu özündə saxlamaqla, düşmənin istənilən təxribatının qarşısını daha üstün qüvvə ilə dərhal alacaq və onu məhv edəcək.






26 May, 2015  19:48 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner