Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İş adamı Nizami Piriyevi yeni vəkil müdafiə edəcək

Həbsdə olan iş adamı Nizami Piriyev vəkil Kamandar Nəsibovla müqavilə bağlayıb.

Bu barədə Simsar.az-a məlumat verən K. Nəsibov bildirib ki, N. Piriyevlə görüşmək üçün onun saxlandığı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktubla müraciət edib. Vəkil yaxın günlərdə müdafiə etdiyi şəxslə görüşəcəyini deyib.

Qeyd edək ki, Nizami Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

“PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Hazırda Nizami Piriyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edir.






26 May, 2015  19:24 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner