Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Uşaq Teatrının direktoru mükafatlandırıldı - Foto

Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan mükafatlandırılıb. Simsar.az xəbər verir ki, o, Mədəniyyət sahəsində xidmətlərinə görə və anadan olmasının 50 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunub.

İntiqam Soltan oğlu Həsənli 1965-ci li may ayının 11-də Naxçıvan MR-nın Ordubad rayonunun Nürgüd kəndində anadan olub. M.A.Əliyev adına Azərbayçan Dövlət İncəsənət İnstitutunun məzunudur.

Hazırda o, ali dərəcəli aktyor, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, «Körpəm» Eksperimental Uşaq Teatrının yaradıcısı və rəhbəridir. Aktyorluq karyerasına İrəvan Dövlət Azərbayçan Dram Teatrında başlayıb. Onun yaratdığı P.Pancevin "Əkizlərin nağılı"nda dörd əkiz qardaş, G.Xuqayevin "Mənim qayınanam"da Elbrus, Z.Yaqubun "Didərginlər" əsərində Gənc oğlan, Y.Əzimzadənin "Nəsirəddin" pyesində Nəsirəddin obrazları tamaşaçıların marağına səbəb olub.1994-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrına dəvət alan İntiqam-Soltan bu teatrda da öz yaradıçılıq metodları ilə seçilib. Onun V.Şekspirin "Yay gecəsində yuxu" (Xoşsifət), "Hamlet" (Horatsio), M.Xubayenin "Neron" (Britannik), Ə.Əmirlinin "20 ildən sonra" (Otello), "Varlı qadın" (vəkil), P.Merimenin "Karmen" (Dankayre), V.Səmədoğlunun "Generalın son əmri" (Stalin), "Mamoy kişinin yuxuları" (Kəlləmanqoy), C. Məmmədquluzadənin «Qurbanəli bəy» (Molla Nəsrəddin), Ə.Səmədli «Xeyir və şər» (Xeyir) və teatrda səhnələşdirilən bir cox başqa tamaşalardakı bir-birindən fərqli amplualı rolları ona tamaşacı rəğbəti qazandırıb.

İ. Soltan Azərbaycan teatr tarixində yeni bir səhifənin müəllifidir. Onun 1990-cı ildə yaratdığı "Körpəm" Eksperimental Uşaq Teatrı Azərbayçanda ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Uşaqlarla iş təcrübəsi, "Körpəm" EUT-da quruluş verdiyi uğurlu tamaşalar 2002-ci ildə onun Bakı şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının direktoru-bədii-rəhbəri vəzifəsinə təyin olunması ilə nəticələnib.

Hazırda İ.Soltan aktyorluq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, uşaqlarla işini də davam etdirir, Azərbaycan teatrı ücün yeni-yeni istedadlar yetişdirir, mədəniyyət tariximizə töhfələr verir. «Körpəm» EUT-da İntiqam-Soltan quruluşunda aşağıdakı tamaşalar kiçik və böyük tamaşaçıların ixtiyarına verilib: «Uşaq olmaq istəmirəm» (böyüklər üçün), «Çırtdan və Div», «Sıravi Dursun», «Əyriqulaq Dovşan», «Əlçək», «Şən klounlar» (respublika və beynəlxalq festivallar laureatı), «Adam-badam iysi gəlir», «Həmən o Tıq-Tıq xanım», «Hədiyyə», «Sehirli sandıq», «Kosa-Kosa» (beynəlxalq festivallar laureatı), «Siçan-pişik oyunu», «Bremen musiqiciləri kimi» və s.

Repertuarda İntiqam-Soltanın quruluş verdiyi «Hərə olduğu kimi gözəldir», «Turpun nağılı»,«Xərcəng»(böyüklər ücün), «Şou-magiya», «Fidan və qoğal», "Qara sandıq", "Sıravi Dursun" və başqa tamaşalar var. Uşaq hüquqlarının müdafiəsinə qalxan "Şapalaqsız gün", xəstəliklərə biganə münasibətin ailələrdə törətdiyi faciələrdən bəhs edən ""Qalan ömrün ilk günü", narkomaniya və QİÇS bəlası ilə bağlı həyəcan təbili çalan "Xaşxaşın göz yaşı" tamaşaları isə, teatrın son illərdəki uğurlu işləridir. İntiqam-Soltanın quruluş verdiyi bu tamaşalar Avropa Şurasının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin sifarişi ilə hazırlanıb. 2006-cı ildə İntiqam-Soltan Vektor Beynəlxalq Elm Mərkəzinin diplomuna layiq görülüb və onun adı XXI əsrin Azərbaycan ziyalıları kitabına salınıb.2007-ci ildə həm də İntiqam-Soltan Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbusların iştirakı ilə QİÇS xəstəliyi və narkomaniya əleyhinə tamaşaya quruluş verib.

Ümidə






26 May, 2015  18:55 Baxılıb: 1279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner