Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Həqiqətləri dinləmək istəmirdilər - Azərbaycan Evininin rəhbəri

Azərbaycanın Fransadakı səfirliyinin diplomatı Nigar Hüseynova mayın 19-da bu ölkənin paytaxtı Parisin 5-ci bölgə merya binasında ifrat millətçi və irqçi ermənilər tərəfindən, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın işğalına haqq qazandırılan iclasın sona kimi davam etməsinə əngəl olub.

Proseslərin necə cərəyan etdiyindən və Azərbaycan diasporasının fəaliyyətinin uğurlu nəticələrindən danışan Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Simsar.az-a bildirib ki, son illər Fransada Azərbaycan hökumətinin genişmiqyaslı tədbirləri keçirilir. Onun sözlərinə görə, görülən işlərin nəticələri və qazanılan uğurlar erməniləri narahat etməyə başlayıb: “19 may olayının baş verdiyi Parisin 5-ci Bölgə meriya binasında Azərbaycan səfirliyi və QHT-ri  4 tədbir keçirib.Təbii ki, bu da erməni diasporasında narahatçılıq yaradır. Bir məqamı qeyd edim ki, həmin meriyanın 1-ci müavini ermənidir. Həmin şəxs bizim keçirdiyimiz  tədbirlərin  birbaşa şahidi olub. Məhz buna görə də eyni məkanda erməni disaporasının tədbir təşkil edilib. Həmin tədbirin də səbəbi məlumdur”.

“İştitak etdiyimiz tədbiri erməni əsilli “tarixçi” keçirirdi. Tədbirdə yalan və iftarlarla dolu informasiyalar verilidiyi üçün Azərbaycanın Fransadakı səfirliyinin diplomatı Nigar Hüseynova həqiqətləri tədbir iştirakçılarına çatdırmaq istədi və ona mane olmağa çalışdılar. Səylərinin nəticəsiz qaldığını görəndə səs-küy salmağa başladılar və bir-bir zalı tərk etdilər. Beləliklə tədbir yarımçıq tamamlandı. Çünki azərbaycanlı xanımın həqiqətlərlə dolu fikirlərini dinləmək istəmirdilər” - deyə Azərbaycan Evininin rəhbəri bildirib. 

Hüseyn İbadlı






26 May, 2015  18:45 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner