Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məşəl İsmayıllıda – FOTO

“Bakı 2015”-in məşəli İsmayıllıda bayram təntənəsi ilə qarşılanıb.

Simsar.az xəbər verir ki, mis qabları, xalça və ipək kəlağayıları ilə məşhur olan İsmayıllı daha bir möhtəşəm tarixə şahidlik etdi. İlk Avropa Oyunlarının rəmzi olan məşəl Azərbaycanın mirvarisi, qədim Cavanşir yurdu İsmayıllıya gətirildi.

Rəmzi qapının girişində məşəli universal döyüş növləri üzrə dünya çempionu Bayram Qəhrəmanov qəbul edib. Sonra 10 nəfər məşəlçinin yürüşü başlayıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət ediblər. Məşəlçilərin əksəriyyətini isə gənclər təşkil etməsi təsadüfü olmayıb.

Beləki, İsmayıllı rayonu bu il Azərbaycanın Gənclər paytaxtı seçilib. Elə məşəlçilərə dəstək olmaq üçün küçələrə çıxan rayon sakinləri arasında da gənclər fəallığı ilə seçilib. Həmyerlilərinin alqış sədaları altında yürüş iştirakçıları məşəli Mərkəzi meydana gətiriblər. Böyük izdihamın yaşandığı meydanda səyahət kasasını alovlandırmaq isə pauerliftinq üzrə 5 qat dünya çempionu Kamil Qafarova həvalə edilib.

İdman müəllimi Rəvan Qarayev ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Hüseyn İbadlı

 

 






26 May, 2015  17:20 Baxılıb: 1046 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner