Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevadan çağırış: “Xocalı Soyqırımını tanıyın”

Millət vəkili Qənirə Paşayeva  Tunisin sabiq baş naziri, tanınmış Nahda həkəkatının lideri Raşid Gannuşi ilə görüşüb. Simsar.Az xəbər verir ki, görüş  zamanı  Azərbaycan-Tunis münasibətləri ilə yanaşı  Dağlıq  Qarabağ münaqişəsi,  Xocalı  soyqırımı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin  və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən yerinə yetirilməməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə də söhbət edilib. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin, insanlığın yanında olan bütün insanlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan  həqiqətlərinin  Tunisdə daha  da geniş yayılmasına ehtiyac olduğunu bildirib  və dost  Tunisdən  Xocalı  Soyqırımının tanınmasını,  Qarabağ həqiqətlərinin daha geniş yayılmasında daha çox  dəstək  gözləyirik  deyib.  Qənirə Paşayeva görüş zamanı Tunisin sabiq baş naziri, Nahda həkəkatının lideri Raşid Gannuşiyə Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ  həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib.  Azərbaycanla Tunis arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını deyən Tunisin sabiq baş naziri,  Nahda həkəkatının lideri Raşid Gannuşi bunun üçün yaxşı potensial olduğunu da bildirib. Görüşün sonunda  Tunisin sabiq baş naziri, tanınmış Nahda həkəkatının lideri Raşid Gannuşi  millət vəkili  Qənirə  Paşayevaya  özünün  müəllifi olduğu kitabları hədiyyə edib və onu Tunis dəvət edib.






26 May, 2015  16:10 Baxılıb: 970 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner