Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 42-ci sessiyasında iştirak edəcək.
XİN mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, 27-28 may tarixlərində Əl-Küveyt şəhərində keçiriləcək sessiyada iştirak üçün nazir Küveytə yola düşüb. Xarici işlər naziri Elmar Məmmədyarovun sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.