Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Arenalarda əlillər də nəzərə alınacaq”

Bakı-2015 Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələrin olacağını açıqlayıb. Yarışın Təşkilat Komitəsindən Simsar.az-a verilən məlumata görə, bu idman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələyə çevrilib.

Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, əlilliyi olan qonaqlarıın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndi: “Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq.
Avropa Oyunlarının faydalarından biri də arenalara girişdə görülən planlaşdırma və hazırlıq işləridi. Bakı beynəlxalq tələblərə cavab verən bu mirasdan - Avropa Oyunlarından sonra 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və bu kimi digər yarışlarda da faydalanacaq”.

Bakı-2015-in dəvəti ilə arenalara tam baxış keçirmək üçün paralimpiya çempionu Nik Morris də Bakıda olub. Obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə Məsləhətçilər Assosiasiyasının rəsmi məsləhətçisi vurğulayıb ki, əlilliyi olan və ya yaşlı insanlar da daxil olmaqla bütün tamaşaçılar Bakı-2015 Avropa Oyunlarının mərasimlərinə, idman yarışlarına gələ və zövq ala bilərlər: “Onlar və müşayiət edən şəxslər müvafiq nəqliyyat vasitələri ilə arenalara çatdırılmaq üçün ictimai nəqliyyatla əlaqəsi olan avtodayanacaqlar, nəqliyyat vasitəsindən asan düşmə, eləcə də, ayaqyoluları, xüsusi ayrılmış ərazilər və məhsulların satıldığı mərkəzlər, rahat oturacaqlarla təmin olunurlar”.






26 May, 2015  12:17 Baxılıb: 1204 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner