Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan etno-cazı Norveçdə - İLK + FOTO

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu  Norveçin paytaxtı Oslo şəhərində konsert proqramı ilə çıxış edib. Bu barədə M. Cəfərov Simsar.az-a bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilati Milli Şurasının dəstəyi ilə həyata keçirilib.
Oslo Meriyasinin türk əsilli deputati Gulay Kutal Jazz konsertini açıq elan edərək bildirib ki, bu cür səviyyəli mədəniyyət layihələri Oslonun mədəni həyatınızənginləşdirməklə yanaşı, dünya mədəniyyətinin sərhələr tanımaığını sübut edərək, xalqlar arasında dostluğun güclənməsinə xidmət etməkdədir.
Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşən konsertdə "Cəngi" caz qrupu etno-caz layihəsi ilə maraqlı musiqi proqramı təqdim eib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifalari ilə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
İlk dəfə olaraq Azərbaycan etno cazını "Cəngi" qrupu Norveçdə səsləndirib. Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.
Etno-caz layihəsinin musiqimizi avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən, Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramların musiqimizi Skandinaviyada təbliğ etməklə yanaşı, Norveçdə yaşayan azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını sübut edir.

Ümidə






26 May, 2015  11:00 Baxılıb: 1293 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner