Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artisti yubileyini səhnədə qeyd etdi

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz 60 illik yubileyini qeyd edib. Simsar.az xəbər verir ki, sənətkarın yubileyi münasibəti ilə Akademik Milli Dram Teatrında  onun baş rolları ifa etdiyi “Nadir şah”, “Silindr” və “Xanuma” tamaşaları nümayiş olunub.
Tamaşadan öncə pərdə önünə çıxan sənət dostları aktyoru təbrik edib, ona  sənət uğurları arzulayıblar.  Səhnə əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, R. Novruz  25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-1978-ci illərdəM.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyorluğu fakültəsində Adil İsgəndərovun kursunda təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib.1981-ci ildəAzərbaycanAkademikMilli Dram Teatrınıntruppasınaqəbul oluunb. Elə ilk günlərdənkollektivdəhazırlanantamaşalardaonairihəcimlivəmürəkkəbxarakterlirollartapşırılıb.AkademikMilli Dram Teatrının səhnəsində Nəvvab və  İran şəhzadəsi ("Xurşidbanu Natəvan"),  Mayor  Edmund ("ŞeyxXiyabani"),  Bahadur ("Mahnı dağlarda qaldı"),  Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı"),  Cəmil ("Bizim qəribə taleyimiz"), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı"), Seyton ("Maqbet") kimi onlarla tamaşada maraqlı obrazlar ifa edib.

R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor  "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. Rollara çəkilib.
H.Cavidin "TopalTeymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası"(Musiqimüəllimi), V.Şekspirin "Antoni və Kleopatra"(Antonio), O.Kamalın "Dodaqdan qəlbə"(Kənanbəy), "Yadqızı"(Nihad) kimi televiziya tamaşalarında da yaddaqalan  rollar oynayıb.
Teatr sənətindəki xidmətlərinə görə R. Novruz 1993-cü ildə Əməkdar Artisti, 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildəvə 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülüb.

Ümidə






26 May, 2015  10:01 Baxılıb: 1164 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner