Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Milli Dram Teatrı Beynəlxalq Festivala gedir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Sənət ocağından Simsar.az-a verilən məlumata görə, 1-5 iyun tarixlərində Tatarıstanın Kazan şəhərində baş tutacaq festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.
Akademik Milli Dram Teatrı festivalda ölkəmizi "Kitabi Dədəm-Qorqud" eposunun “Disrə xan oğlu Buğac” boyunun motiviləri əsasında  hazırlanmış "İlahi oyun" tamaşası ilə təmsil edəcək.
Tamaşa  bu günə qədər Konyadakeçirilən “Min nəfəs, bir səs” Festivalında və Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.
Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında"Kitabi Dədəm-Qorqud" dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də, milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar təqdim olunacaq. Akademik Milli Dram Teatrının “İlahi oyun” tamaşası 4 iyun tarixində, yerli vaxtla saat 18.30-da K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq. 
“İlahi oyun” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçusu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır. Janrı bir hissəli soylama kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan – Ata), Pərviz Məmmədrzayev (Ozan – Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.
Həmçinin festival çərçivəsində 5 iyun tarixində “Teatrın inkişaf vektoru: Avropa-Asiya” adlı elmi-praktiki konfrans da keçiriləcək. 
Festival çərçivəsində keçiriləcək daha bir tədbir ünlü türk yazarı Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi ilə bağlı olacaq. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsidir.

Ümidə







25 May, 2015  18:56 Baxılıb: 1909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner