Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ermənistan TV-si Bakı-2015-i yayımlayacaq

Ermənistan televiziyası Bakı-2015 I Avropa Oyunlarının yayım hüququnu alıb.

Report-un məlumatına görə, bu barədə "EurActiv" nəşrinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri, Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, nə Ermənistan, nə də başqa ölkə Bakı-2015-i boykot etmə və ya Oyunlara qatılmama barədə məsələni heç vaxt müzakirə etməyib: "Təqribən 6 200 idmançı gələcək. Onları 3 000 nümayəndə heyətinin üzvü müşayiət edəcək".

Nazirin sözlərinə görə, idman siyasət deyil. Amma idman tədbirləri xeyli insanın diqqətini cəlb edir: "Müxtəlif qurumlar, əsasən də qeyri-hökumət təşkilatları müəyyən problemlərə diqqəti cəlb etməyə çalışırlar. Bu, 2014-cü il Soçi Qış, 2008-ci il Pekin və hətta 2012-ci il London Yay Olimpiya Oyunlarına münasibətdə də baş verib. Londonda binaların dağıdılması, insanların öz evlərindən köçürülməsi ilə bağlı xeyli etiraz aksiyası keçirilib. Deyərdim ki, bunlar normal prosesdir. Amma Oyunları boykot çağırışları ağlasığmazdır. Çünki bu yarış xalqları birləşdirmək üçün çox yaxşı imkandır. Bu, dostluq festivalı, insanların toplaşdığı bayram, sağlam həyat tərzinin təbliğidir".


Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.






25 May, 2015  18:00 Baxılıb: 818 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner