Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Cahangir Hacıyevin komandası bağlandı - "Simurq"

““Simurq” praktiki olaraq fəaliyyətini dayandırıb. Çox güman ki, Lənkərana yollanmayacağıq”. Simsar.az xəbər verir ki, bunu apasport.az saytına “Simurq”un baş meneceri Kamran İsmayılov deyib.

Mayın 28-də Topaz Premyer Liqasının son turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşmalı olan Zaqatala təmsilçisi matça yollanmaya bilər. İsmayılov hazırkı vəziyyətdə Lənkərana səfərin mümkün olmadığını bildirib: “Komanda məşq etmir, bütün futbolçular evlərinə buraxılıblar. Baş məşqçi George Çixradze də hazırda Tbilisidədi. Səfər üçün müəyyən vəsait lazımdı. Bizim də bunu qarşılayacaq imkanımız yoxdu. Bu gedişlə, nə əvəzedicilər, nə də əsas komanda “Xəzər Lənkəran”la oyuna çıxacaq”.

Kamran bəy yol xərci ilə yanaşı, yemək problemi ilə qarşılaşdıqlarını da əlavə edib: “Futbolçuları evlərinə buraxmağımızın əsas səbəbi bazada yeməyin dayandırılmasıdı. Yazıqlar orda necə yaşasınlar? Komandanın bəzi üzvləri Bakıda, bəziləri Zaqatalada yaşayırlar. Onları Lənkərana aparmaq üçün də Zaqatala və Bakıda avtobus ayrılmalıdı. Hazırda faktiki olaraq, cəmi bir komandamız qalıb. O, həm əsas, həm də əvəzedici funksiyasını daşıyır. Təsəvvür edin ki, o uşaqları aparsaq, mayın 27-də çıxıb əvəzedicilərin tərkibində, ertəsi gün də əsas komandanın heyətində 90 dəqiqə oynamalı olacaqlar. Üstəlik, belədə komanda ən azı iki gün Lənkəranda qalmalıdı. Səfər və yemək xərci ilə yanaşı, otel pulu da lazımdı”.

Zaqatala klubunun baş meneceri son iki səfər görüşünün xərcini öz ciblərindən ödədiklərini deyib: “Sumqayıt” və AZAL-la səfər oyunları zamanı da eyni problemlə üzləşmişdik. Öz hesabımıza birtəhər düz-qoş edib səfərə çıxmışdıq. Lakin artıq tükənmişik. Biz də komandanı Lənkərana aparmaq iqtidarında deyilik”.

Kamran İsmayılov hazırkı vəziyyətlə bağlı AFFA-nı məlumatlandırdıqlarını da vurğulayıb: “Hazırda ofisdə oturub gözləyirik. Əslində indi səfərlə bağlı işləri görməli idik. Səfərin baş tutma ehtimalı indiki vəziyyətə görə qeyri-mümkün olduğundan, işsiz oturmuşuq. AFFA-ya bu barədə məlumat vermişik. Komandanın hazırkı vəziyyəti ilə bağlı federasiyanı məlumatlandırmışıq. Amma indi AFFA-dan və ya başqa bir qurumdan kömək istəmək haqqımız yoxdu. Kimsə yardım əlini uzatsa, ona minnətdar olarıq. Futbolçular səfərə getməyə hazırdılar. Ancaq gərək avtobus və səfər xərci qarşılansın. Belə olarsa, Çixradze də oyun günü Gürcüstandan birbaşa Lənkərana gəlməyə hazırdı”.






25 May, 2015  17:14 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner