Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Politoloq: “Rusiya Ermənistanda çevriliş hazırlayır” – AZƏRBAYCANA GÖRƏ

“Sentyabra qədər danışıqlar prosesində canlanmanın və ilkin prosesin (7 rayon) başlanacağının şahidi ola biləcəyik...”

Bunu Simsar.az-a politoloq Qabil Hüseynli Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bu gün baş tutan Rusiya səfərinin nəticlərini şərh edərkən deyib.

Şərhini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun səsləndirdiyi fikirlərlə başlayan politoloq deyib: “XİN rəhbəri yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həll olunacağına əmin olduğunu bildirib. İlk dəfədir ki, Azərbaycan tərəfi problemin həlli ilə bağlı bir mənalı formada fikir yürüdür. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə Birinci Avropa Oyunları ərəfəsində Rusiya Prezidentinin Azərbaycana gəlməsidir. Düzdür, bu səfər, oyunların açılışı ilə bağlıdır. Amma fürsət yaranıb ki, Putin bir sıra dövlət rəhbərləri ilə görüşərək dövlətinin strateji maraqlarına uyğun danışıqlar aparsın. Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş razılaşdırılıb. Ola bilsin ki, görüş zamanı son vaxtlar soyuyan Türkiyə-Rusiya münasibətlərinə yenidən işıq saçılsın”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiya dövlət başçısının səfəri zamanı Azərbaycanla da çox ciddi söhbətlərin aparılacağı gözlənilir: “Bu söhbətlərin əsas məğzi Dağlıq Qarabağ problemi olacaq. Dəfələrə bu problemlə bağlı proqnozlar vermişik, bu məsələdə Rusiyanın bizə yardımçı olacağını söyləmişik və son həddin çatdığını iddia etmişik. Amma bir müddət sonra münasibətlərdə soyuqluq və geri çəkilmələr olub. Arxada qalan müddətdən fərqli olaraq son zamanlar Jirinovski daxil olmaqla Rusiyanın politoloqları və siyasi xadimləri bu problemin həllinin zəruriliyindən danışırlar. Hətta iş o məqama çatıb ki, problemin həlli naminə İrəvanda hakimiyyət dəyişikliyinin baş verə biləcəyi ehtimalını da irəli sürürlər. Sarkisyanın siyasi səhnədən uzaqlaşdırılması və onun yerinə daha çox bölgədəki problemləri həll etmək iqtidarında olan, Azərbaycanla münasibətlərin normallaşmasını təmin edə biləcək bir şəxsin hakimiyyətə gətiriləcəyi proqnozlaşdırılır. Mənim zənnimcə bu, sıradan bir söhbət deyil. Əgər proseslər bir neçə istiqamətdə inkişaf edirsə, bunun baştutma ehtimalı yüksəkdir”.

“Əlbəttə, Rusiya bizim qara qaşımıza, qara gözümüzə aşiq olub bunu etmir. Əvəzində müəyyən tələbləri olacaq. Tələblərin bir qismi yerinə yetirilən, bir qismi isə icrası qeyri mümkün olan tələblərdir. Məsələn, Rusiya qoşunlarının sülhməramlı qüvvələr adı altında Dağlıq Qarabağa yerləşdirilməsinə Azərbaycan tərəfi etiraz edib. Amma Avrasiya İttifaqı üzvlüklə bağlı məsələni hələlik gündəmdə saxlayır. Azərbaycan yalnız işğal altında olan ərazilərin böyük hissəsinin qaytarılmasından sonra Avrasiya İttifaqına daxil olmaq haqqında aparılan danışıqlar prosesinə qoşulacaq. Rusiya da yaxşı bilir ki, Azərbaycan verdiyi sözə əməl edəndir. Ona görə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atacaq. Söhbət öncə 7 rayonun qaytarılmasından, sonra isə Dağlıq Qarabağın statusunun təyin edilməsindən gedir” – deyə politoloq bildirib.

Hüseyn İbadlı






25 May, 2015  16:59 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner