Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı İbrahimin qardaşı: “Mən bu işlərdə yoxam”

Media məşhur azərbaycanlı biznesmeni, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimovun (Nehrəmli) mayın 12-sidən etibarən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılması barədə xəbər yayıb. Bununla yanaşı, iş adamının həbs edilmədiyi barədə məlumatlar da gündəmi zəbt edib.

Modern.az saytı Hacı İbrahim Nehrəmlinin qardaşı “Azad Azərbaycan” Televiziyasının keçmiş vitse-prezidenti Natiq İbrahimovdan məsələyə münasibətin öyrənməyə çalışıb.

Natiq İbrahimov bildirib: “Vallah mən bu işlərdə yoxam. Mən tanıyarsınız, ATV-nin keçmiş vitse prezidenti, Xəbərlər Departamentinin rəhbəri olmuşam. Mən digər sahələri bilmirəm. Mən də sizin kimi jurnalistəm, tamam başqa sahənin adamıyam. Ona görə bu haqda heç nə deyə bilmərəm”.

“Avesta” Konserninin prezidenti Hacı İbrahim Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürdüyünü bir müddət öncə etiraf edib. O, həmin pul hesabına "Xəzər adaları” nəhəng tikinti layihəsini həyata  keçirdiyini bildirib.






25 May, 2015  16:20 Baxılıb: 636 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner