Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda ədliyyə müşaviri adam “vurdu” - Video

Bakının Binəqədi rayonunda, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının ədliyyə müşaviri Xanlar Ələkbərov özünə qarşı törədilən təxribatla qarşılaşıb.

Simsar.az Oxu.Az-a istinadən xəbər verir ki, Xanlar Ələkbərov bu barədə sosial şəbəkədə yazıb və müvafiq videonu yerləşdirib. Videoqeydiyyatçı tərəfindən qeydə alınan kadrlarda, avtomobilin həyətdən çıxaraq, saatda 5-7 km hərəkət etməsi görünür. Döngədə gözlənilmədən piyada çıxır və özünü avtomobilin altına atır. Piyada guya maşının altında qalan ayağını tutaraq qışqırmağa başlayır.

Doktor qeyd edib ki, hadisə yerinə dərhal Binəqədi bələdiyyəsinin, sonra isə Binəqədi rayon polis idarəsinin əməkdaşları gəlib, onun bilərəkdən maşınla adam vurduğunu bildirib və bununla əlaqədar onadan açıqlama istəyiblər. 

Xanlar Ələkbərov bildirib ki, hadisə yerinə gələnlərə maşında quraşdırılmış videoqeydiyyatçının çəkdiyi videonu göstərib. “Həmin an (18.32) Binəqədi bələdiyyəsinin nümayəndələri, sonra Binəqədi rayon polis idarəsinin əməkdaşları gəldi (görünməmiş operativlik) və mənə bilərəkdən adam vurduğumu, ona xəsarət yetirdiymi və s. dedilər, baş verən qayda pozuntusu ilə əlaqədar məndən açıqlama istədilər. Amma nə onlar, nə də təxribatçı şəxs maşınımda quraşdırılmış videoqeydiyyatçını nəzərə almadılar. Qeyd etməliyəm ki, son ildə bu mənə qarşı yalançı ittiham irəli sürmək üçün nə birinci və nə də ikinci cəhddir”, - professor yazıb.

Bu hadisə ilə əlaqədar Xanlar Ələkbərov eləcə də ölkəmizdə yerləşən RF səfirliyinə və Azərbaycanın baş prokurorluğuna müraciət edib.






25 May, 2015  13:39 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner