Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mikayıl Cabbarovdan özəl sektorun təhsildəki yeri barədə AÇIQLAMA

“Azərbaycanda digər dövlətlərdə olduğu kimi özəl sektorun təhsil sistemində və təhsil infrastrukturunda inkişafı üçün böyük potensial var”. Simsar.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Mikayıl Cabbarov, 12 illik təhsil siteminə keçid çərçivəsində Asiya İnkişaf Bankının Azərbaycanla əməkdaşlığının gələcək müzakirələr nəticəsində dəqiqləşəcəyini deyib. Nazir əlavə edib ki, bu yalnız Təhsil Nazirliyi tərəfindən verilən qərar deyil: “Hökumət, Nazirlər Kabineti və digr aidiyyəti qurumlarla məsləhətləşmələr nəticəsində alınan qərardır. Ümumilikdə, beynəlxalq maliyyə təşkilatları ilə Asiya İnkişaf Bankı kimi, Avropa Yenidənqurma İnkişaf Bankı dünya bankı kimi qurumlarla əməkdaşlıq bir qayda olaraq, iki formada həyata keçirilir. Həmin inkişaf institutları tərəfindn təqdim olununan təkliflər məsləhət xarakteri daşıyır”. Nazir qeyd edib ki, bu gün hər hansı fikir demək çox tezdir: “Ümumilikdə, Azərbaycanda digər dövlətlərdə olduğu kimi özəl sektorun təhsil sistemində və təhsil infrastrukturunda inkişafı üçüün böyük potensial var. Hazırda Azərbaycanın özəl məktəblərində, ümumtəhsil sektorunda təhsil alan şagirdlərin sayı ümumi şagird sayından 1 faizdən azdır. Qeyd edilməlidir ki, özəl məktəblərdə təhsil alan şagirdlər və həmin məktəblər üçün resurs və maliyyə resursu dövlət məktəbləri ilə müqayisə ediləcək səviyyədə deyil. Buna görə də potensial var. Bu da ondan ibarətdir ki, təhsili bir dəyər kimi, yalnız dövlət tərəfindən hökumətin üzərinə qoyulan bir yük kimi baxılması dünya praktikasına diqqət etdikdə heç də yeganə vasitə yolu deyil. Bu nöqteyi nəzərdən özəl sektorun gələcəkdə istər 12 illik təhsilə keçid çərçivəsində, istərsə də təhsilin müxtəlif pillələrində bu sektorun inkişaafı üçün imkanlar mövcuddur. Bu ümumilikdə təhsil sisteminə əlavə resurlsların gətirilməsi deməkdir. Nazir tam orta təhsilin son iki sinfinin ödənişli olması ilə bağlı məqama da toxundu. Onun sözlərinə görə, ümumu təhsil sisteminə yalnız ali təhsilə hazırlıq kimi baxmağın yanlış yanaşmadır. “Ümumi təhsil insanı həyata hazırlayır. Təbii olaraq bura, həm ali təhsil, həm əmək bazarı, həm də müstəqil həyat üçün hazırlıq kimi başa düşülməlidir. Bu nöqteyi nəzərdən istər ümumtəhsil sisteminin son ilinə ali təhsilə hazırlıq kimi baxmırıq. Təhsil hüququ Konstitutusiya ilə nəzərdə tutulub və hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var”.

Aysel Kərimova






25 May, 2015  11:46 Baxılıb: 708 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner