Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsildə iki əsas məsələyə diqqət etmək lazımdır – Mikayıl Cabbarov

“Son 20 il ərzində Azərbaycan aşağı səviyyəli iqtisadiyyatdan daha yüksəyə keçid edib. Bu heç də asan olmayıb. Azərbaycanın iqtisdiyyatının bu cür inkişafı insan kapitalından aslıdır və bu bizim ən dəyərli resursumuzdur”. Simsar.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov 12 illik təhsilin dəstəklənməsi ilə bağlı innovativ strategiyalar" mövzusunda regional forumunda çıxışı zamanı deyib. Təhsillə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə toxunan nazir son 20 ildə Azərbaycan iqtisadiyyatı yüksək səviyyəyə çatdığını deyib.Onun sözlərinə görə, bu inkişaf insan kapitalının keyfiyyətindən asıllıdır. “İnsan kapitalı bizim ən dəyərli resursumuzdur. Bu gün rəqabətin artırılması, istiqamətində insan kapitalının dəyəri danılmazdır. Buna nail olmağın əsas yolu da təhsildir. Təhsil sahəsinin əməkdaşları, valideynlər, təlimçilər və öyrənənlər real həyatda təhsilin nə demək olduğunu bilməlidir. Təhsil dəyərlərə, biliklərin nəsildən-nəsilə ötürülməsinə əsaslanır”. M.Cabbarov deyib ki, təhsildə iki əsas məsələyə diqqət etmək lazımdır. Bunlardan biri mövcud sistemlərə yenidən baxılması, digəri isə müəyyən dəyişikliklərin edilməsi: “İlk növbədə mövcud məqsədləri yenidən nəzərdən keçirilməliyik. Əmək bazarı ilə münasibətlərin yaradılması, ölkənin sosial –iqtisadi imkanların nəzərdən keçirilməsi kimi baxılmalıdır. Təhsillə elm arasında var, təhsillə social inkişaf, dövlətin inkişafı arasında əlaqə yeni bir məqsədin təyin olmasıdır. İkinci məsələ, sistem tərkibinə yenidən baxılmasıdır. Bunun üçün biliklərin tətbiqi, ömür boyu təhsil kimi məsələlərə diqqət etməliyik. Bu sanki mövcud sistemi tamamilə yeniləmək kimi anlaşılmalıdır. Bunun üçün də ikt bizi düzgün məqsədə aparır. Azərbaycanda bu sistemin həyata keçirilməsi üçün Dövlət Strategiyası qəbul edilib. Bu sənəd bizə nə istədiyimizi və strategiyanın bizi hara aparacağını göstərir. 12 illik təhsil bu strategiyanın əsas olmasa da, vacib sütunlarından biridir. Bu yalnız mexaniki dəyişiklik kimi deyil, burada ciddi müzakirələr var.

Aysel Kərimova






25 May, 2015  10:59 Baxılıb: 707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner