Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bakı-2015“ barədə Avropa Şurasından - Açıqlama

“I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir və bu barədə qəbul edilmiş qərar heç də təsadüfi deyildi”.

Simsar.az xəbər verir ki bunu Trend-ə Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak bölməsinin direktoru Jan-Kristof Bas deyib.

J.K.Bas vurğulayıb ki, bu Oyunlar Azərbaycan üçün böyük faydalar gətirəcək: “Hesab edirəm ki, Oyunlara tamaşa etmək üçün birinci dəfə Azərbaycana gələn çoxlu sayda insanlar mədəni irsə, tarixə malik, ənənələrin və müasirliyin birləşdiyi bir ölkəni kəşf edəcəklər. Azərbaycan haqqında dünyada daha geniş məlumat yayılacaq ki, bu da ölkənin turizm sənayesinin inkişafına, eyni zamanda beynəlxalq imicinin güclənməsinə imkan verəcək“.

J.K.Bas əlavə edib ki, Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi ölkənin beynəlxalq sülhə və sabitliyə verdiyi töhfənin davamıdır: “Azərbaycan Avropadan və dünyadan insanların bir araya gələrək idman bayramını qeyd etmək üçün gözəl şərait yaradır”.






25 May, 2015  10:20 Baxılıb: 850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner