Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DYP-dən xəbərdarlıq: Sabah bu yollar bağlanır - SİYAHI

İlk Avropa Oyunlarının təkrar təlim məşqləri ilə əlaqədar.

Mayın 25-də Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı paytaxt sakinlərinə, avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

Simsar.az xəbər verir ki, Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki,  Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təkrar təlim məşqləri ilə əlaqədar olaraq mayın 25-də, saat 16:30-dan başlayaraq gecə saat 12-dək paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Belə ki, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Vaqif Əsədov bildirib ki, sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəbəsəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.

Yol polisi sürücülərdən xahiş edir ki, qeyd olunan müddətdə küçə və yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə etməklə ictimai nəqliyyata üstünlük versinlər.






24 May, 2015  11:34 Baxılıb: 1092 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner