Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın “Hamleti” ad gününü qeyd edir

Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fuad  Poladovun doğum günüdür.

Simsar.az xəbər verir ki, sənətkar 67 yaşını qeyd edir.
F. Poladov lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısıdır. O, 1948-ci il may ayının 24-də Bakı şəhərində dünyaya göz açıb.
Aktyor 132 saylı orta məktəbi bitirib. Sənətə isə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dram və kino aktyorluğu fakültəsini bitirib. O,  sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra F.Poladov teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Hazırda hər iki teatrda çalışır.
F.Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənət ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə),Avtandil("Darıxma ana", Nodar Dumbadze) Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.
F.Poladov 29 mart 2002-ci ildə Akademik teatrda Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolu Azərbaycan Teatr tarixində uğurlu obrazlardan biridir. O, səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarır. Sənətkarın  səhnə plastikası ifa etdiyi obrazın psixoloji və emosional duyğularına uyğun şəkildə dəyişir. Bu yaradıcılıq xüsusiyyətləri hər dəfə yeni ölçü-biçidə və orijinal təqdimdə tamaşaçılara çatdırılır.
F. Poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyordur. O, Azərbaycan kino tarixində də 100-ə yaxın filmdə maraqlı obrazlar qalereyası yaradıb. Sənətkarın “ Ad günü”, “Ailə”, “Aktrisa”, “ Arxada qalmış gələcək”, “Atayevlər ailəsi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dərvişin qeydləri”, “Əlvida, cənub şəhəri”, “Günaydın, mələyim!”, “Qara "Volqa”, “Qayınana”, “Tərsinə çevrilən dünya”, “ Fatehlərin divanı” və s.kimi filmlərdə yaddaqalan orollar ifa edib. O, Rusiya və Türkiyə kinematoqrafçılarının istehsal etdiyi filmlərə də çəkilib.

Ümidə






24 May, 2015  10:00 Baxılıb: 1271 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner