Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avropa Oyunlarının məşəli Balakəndə

"Bakı-2015" Avropa Oyunlarının məşəli bu gün Balakən rayonuna gətirilib.

Simsar.az-ın məlumatına görə, aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərindəki Atəşgah məbədində alovlandırılan və bu günədək Azərbaycanın 40-a yaxın şəhər və rayonundan keçən məşəl estafetinin növbəti ünvanı ölkənin şimal-qərb qapısı Balakən rayonu oldu.

Mayın 23-də minlərlə balakənli məşəl estafetinin sevincini yaşamaq üçün günorta saatlarından başlayaraq şəhərin Heydər Əliyev prospektinə toplaşmışdı. Prospekt boyunca düzülən balakənlilər əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək böyük səbirsizliklə birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.

Nəhayət yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Xoçbar Xalayev alqış sədaları altında Balakən şəhərinin girişində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə - Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkına doğru istiqamət götürdü. 10 məşəlçi Heydər Əliyev prospekti ilə hərəkət edərək, məşəli növbə ilə bir-birinə ötürməklə 2700 metrdən artıq məsafə qət etdilər. Estafetin sonuncu iştirakçısı – yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya birinciliklərinin mükafatçısı, beşqat Azərbaycan çempionu Hacımurad Çopsiyev parkın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Parka toplaşan minlərlə balakənli bu hadisəni böyük coşqu və sürəkli alqışlarla qarşıladılar.

Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Bayram tədbirinin iştirakçıları Bakı şəhərindəki Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı böyük maraqla izlədilər.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.






23 May, 2015  19:33 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner