Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

65 yaşlı nənə 4 uşaq doğdu

Almaniyada 65 yaşlı qadın dördəm dünyaya gətirib. Simsar.az-ın məlumatına görə, Anneqret R. adlı qadın Berlində bir xəstəxanada üç oğlan və bir qız körpə dünyaya gətirib. Yaşlı qadın hamiləliyin 26-cı həftəsində doğuş edib.

Körpələrin çəkisi 655-960 qram, boyu isə 30-35 santimetr arasında olub. Yeni doğulmuş körpələr xəstəxanda xüsusi həkim nəzarətində saxlanılsa da, həyati təhlükələrinin olmadığı deyilir.

65 yaşlı qadının süni mayalanma yolu ilə hamilə qaldığı məlum olub. Anneqret R. Almaniyada süni mayalanma qadağan olduğu üçün xarici ölkədə hamilə qalıb. Yaşlı qadının yeni doğulmuş dörd uşağından başqa 13 övladı və 7 nəvəsi var.

İbtidai məktəb müəllimi olan qadın 13-cü uşağını 2005-ci ildə dünyaya gətirmişdi. Uşaqlarının sayı 17-ə çatan 65 yaşlı ana dünyanın ən yaşlı dördəm doğuran qadını olaraq tarixə keçib. Yaşlı qadının ilk uşağının 44 yaşı var.






23 May, 2015  10:56 Baxılıb: 2297 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner