Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yarım milyard dollarlıq narkotik poçtla göndərdi

Kanadanın Ontario vilayətinin Toronto şəhər polisi poçt vasitəsilə böyük narkotik partiyasını göndərən kişini həbs edib.

Simsar.az-ın məlumatına görə, yerli "CTV" kanalı xəbər verir ki, cinayətkar 550 min kanada dolları ($450 min) dəyərində narkotikanı poçt vasitəsilə göndərməyə çalışıb.

Bağlamada 5 kiloqramdan artıq kokain və 1 kiloqramdan artıq ketamin olub. Narkotika üztündə Davud ulduzuna bənzər işarə ilə möhürlənmiş germetik qırmızı bibər qabında gizlədilmişdi. Bununlada cinayətkar poçt işçilərini, işçi itləri və asayiş qoruyucularını aldatmaq istəyib.

Polis bölməsinin nümayəndəsi Xoui Peyc bildirib ki, bağlama Alberta vilayətinin Edmonton şəhərinə çatdırılmalı idi. Lakin poçt işçilərinə bağlama şübhəli gəldiyindən polis çağırmalı olublar.

Nəticədə polis işçiləri təhlükəli yükü göndərəni Toronto şəhəri kənarında Vudbridj qəsəbəsində yaxalaya biliblər. Cinayətkar En Tanq Lay adlı yerli sakin çıxıb. Cinayətkarın üzərindən axtarış zamanı 175 min kanada dolları ($142 min) nəğd pul aşkar olunub.

“Toronto Kanadanın böyük şəhəridir və əsas nəqliyyat qovşağıdır ki, bundan cinayətkarlar da qadağan olunmuş maddələrin daşınılmasında istifadə edirlər”- deyə Peyc bildirib. O əlavə edib ki, polis saxlanılanın dindirməsini davam etdirir və cinayətin digər üzvlərini müəyyənləşdirmək niyyətindədir.






23 May, 2015  09:12 Baxılıb: 1078 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner