Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ermənilər azərbaycanlı qadına hücum etdilər

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlanmasından əsəbləşən erməni “tarixçi” və başqa ermənilər Azərbaycan vətəndaşı olan qadının üstünə hücum çəkiblər.

Fransanın paytaxtı Parisin 5-ci rayon bələdiyyəsinin binasında irqçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın işğal etməsinə haqq qazandırmaq məqsədilə yığıncaq keçiriblər.

Həmin toplantıda Türkiyə əsilli vətəndaşların Fransadakı siyasi prosesə inteqrasiya etməsi yönündə fəaliyyət göstərən “Obyectif 21” Dərnəyinin rəhbərlərindən Tahsin Tek və Julien Yurdakul da olub.

Məlumatda bildirilib ki, erməni “tarixçi”si, irqçı Klod Armen Mutafyan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə “haqq qazandırmağa” çalışıb. Xəbərə görə, toplantıya gələn Azərbaycanın qadın vətəndaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb. Bundan əsəbləşən erməni “tarixçi” Klod Armen Mutafyan və başqa ermənilər onun üstünə hücum çəkiblər.

Türkiyəlilər həmin azərbaycanlını ermənilərin əlindən zorla qurtarıblar.

“Obyectif 21” Dərnəyinin sədri Tahsin Tek hadisədən sonra Dağlıq Qarabağın işğal olunması ilə bağlı gerçəkliyi yorulmadan Fransanın hər yerində təbliğ etməkdən yorulmayacağını bildirib.

Qeyd edək ki, K.Mutafyan 1942-ci ildə Fransanın Klamar bölgəsində anadan olub. “Tarixçi”, “riyaziyyatçı”, “ermənişünas” kimi tanınır.

Report





22 May, 2015  20:47 Baxılıb: 1137 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner