Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Hündürmərtəbəli binalarla sanki, sədd çəkirlər”

AMEA elmi işçisi: “Biz dəfələrlə bunu qeyd etmişdik”

Bunu Simsar.az-a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insititunun aparıcı elmi işcisi Rizvan Qarabağlı binaların alkopan, plasmas üzlüklərlə çəkilməsinə münasibət bildirərkən deyib. “Biz dəfələrlə mətbuatda bildirmişik ki, həmin üzlüklər Azərbaycan memarlığı üçün yad ünsürlərdir. Onlar Memarlığın milli mənsubiyyətini dəyişir. Hansısa şirkətin məhsullarıdır ki, binaların üzərinə çəkirlər və belə hallar baş verir. Oda qarşı həssas və tez alışandır. Alkopan və plasmas üzlük material çəkilən binaların hər birinin simasını dəyişmək lazımdır. Baş vermiş faciə həmin üzlüklərin o binalara çəkilməsinə icazə verənlərin günahıdır. Bina tikilməzdən əvvəl onun layihəsi hazırlanır. Binanın fasadının, interyerinin hansı materialdan olması qabaqcadan palanlaşdırılır”.

Həmçinin, mütəxəssis qeyd edib ki, şəhərin mərkəzində tikilən binalar alçaqmərtəbəli tikilməlidir. “Hündürmərtəbəli binalarla sanki şəhərə sədd çəkmək istəyirlər. Bunlar memarlıq qanunlarına uyğun deyil.
Binalara ağ rəngli Abşeron layları çəkilməlidir. Plasmas üzlüklər şüalanmaya qarşı həssasdır. Həmin plastik maddə yanmağa çox meyillidir. Ekoloji cəhətdən də insan orqanizmi üçün zərərlidir. Fiziki cəhətdən binaya gözəl görüntü bəxş edə bilər. Ancaq həmin maddə çox tez yanır. Təkcə siqareti onun üzərinə atan zaman alışıb yanır.
Yaşayış binalarına ondan qətiyyən çəkmək olmaz. Həmin üz örtükləri səriştəsiz mütəxəssislər tərəfindən çəkilib”.

Aysel Kərimova






22 May, 2015  19:30 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner