Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Növbəti Mundialda 36 komanda iştirak edə bilər

FİFA prezidentliyi postuna namizəd İordaniya şahzadəsi Əli-bin əl-Hüseyn Dünya Çempionatının reqlamentində dəyişiklik etmək niyyətindədir.

Simsar.az “Daily Mirror”a istinadən xəbər verir ki, Luiş Fiqo və Maykl van Praaq namizədlikdən imtina etdikdən sonra şahzadə Zepp Blatterin tək rəqibidir. O, seçkilərə az müddət qalmış FİFA-ya təqdim etdiyi yazılı müraciətlə gündəmə gəlib. Futbol üzrə Dünya Çempionatlarında daha çox komandanın iştirak etməli olduğunu bildirən şahzadə müraciətində bunları qeyd edib: “Hazırda final mərhələsində 32 komanda çıxış edir. Bunu 36 etmək lazımdır. Reqlamentdəki dəyişiklik 2018-ci ildə Moskvada keçiriləcək Mundiala tətbiq olunmalıdır”.

Prezident seçiləcəyi təqdirdə səsləndirdiyi fikrin üstündə dayanacağını bildirən şahzadə Hüseyn, “FİFA-nın 65-ci konqresində də bu məsələni müzakirəyə çıxaracağam”, - deyə bildirib.

Qeyd edək ki, FİFA-nın yeni prezidentinin adına mayın 29-da keçiriləcək konqresdə aydınlıq gələcək. Namizədlikdən imtina edən Luiş Fiqo və Maykl van Praaq səslərini İordaniya şahzadəsinə verəcəklərini açıqlayıblar.

Vüsal Məmmədzadə






22 May, 2015  18:23 Baxılıb: 1136 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner