Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avtomobilini texniki baxışdan keçirənlər - Diqqət

“Bu gün belə bir məlumat yayılır ki, guya ki, avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə də sənəd təqdim etməli olacaqlar”.

Bu açıqlama ilə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O, yol vergisi ilə bağlı yaranmış fikir ayrılığına aydınlıq gətirib:

“Bu gün belə bir məlumat yayılır ki, guya ki, avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə də sənəd təqdim etməli olacaqlar. Məlumata görə, bu barədə məsələ parlamentin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb. Nəzərinizə çatdırıram ki, bu məlumat yanlışdır, daha doğrusu, hər şey əksinədir. Bilirsiniz ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək, 1 yanvar 2015-ci il tarixdən ölkədə daimi qeydiyyatda olan avtomobillərə görə yol vergisi ləğv olundu. Amma “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsində texniki baxış zamanı tələb olunan sənədlərin siyahısı əvvəlki kimi qalırdı. Həmin siyahıda olan sənədlərdən biri yol vergisinin ödənilməsinə dair sənəd idi. Parlament bu qanunu Vergi Məcəlləsinə uyğunlaşdırmaq üçün yol vergisinin ödənilməsinə dair sənədlə bağlı müddəanı qanundan çıxaracaq. Dəyişiklik əslində bu olmalıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı fərmanla Azərbaycanda yol vergisi ləğv olunub.

Axar.az






22 May, 2015  16:09 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner