Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yanğın yaralıları haqda son məlumat – AÇIQLAMA

Səhiyyə Nazirliyi: “Yanğında xəsarət alanlardan 12 nəfər xəstəxanadadır”

Bakıda yanğın baş verən binada xəsarət alan 12 nəfərdən biri artıq evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Simsar.az-a açıqlamasında deyib ki, hazırda xəsarət alan 11 nəfərin müalicəsi davam edir. Onlardan 11-i Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 2-si isə 6 saylı şəhər Xəstəxanasında idi. Onlardan biri evə buraxılıb, digəri isə Toksikologiya şöbəsinə keçirilib.  Hazırda Toksikologiya şöbəsində 12 nəfər xəstə var. Bütün xəsarət alanların vəziyyəti stabildir və həyatları üçün təhlükə yoxdur. Bu gün ərzində KTM-in Toksikologiya şöbəsində müalicə alan daha bir şəxsin evə buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək buraxılıb.
Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə xəstəxanada vəfat edib.

Aysel Kərimova






22 May, 2015  15:45 Baxılıb: 665 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner