Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Mircavadov: “Peşəkar futbolçu meydançaya çıxanda hər şeyi unutmalıdır”

Bu gün Topaz Premyer Liqasında növbəti turun görüşləri keçiriləcək.

Məşqçilər Komitəsinin üzvü, futbol mütəxəssisi Ağasəlim Mircavadov turun vacib oyunları barədə fikirlərini Simsar.az-la bölüşüb.

“İnter” – “Qarabağ” matçının turnir cədvəli baxımından heç biri əhəmiyyətinin olmadığını deyən A.Mircavadov son 3 oyundan fərqli olaraq bu gün qol vurulacağına inandığını dilə gətirib: “Fikrimcə, komandalar arasındakı son oyunlardan fərqli olaraq, bu oyunda heç-heçə olmayacaq. Turnir cədvəli baxımından əhəmiyyəti olmasa da, imicə görə hər iki komanda qələbə qazanmaq istəyəcək”.

“İnter”dəki maaliyyə problemindən danışan futbol mütəxəssisi: “Eşitdiyimə görə, legionerlər komandanı tərk etmək istəyirlər. Komandada müəyyən problemlər var. Ancaq peşəkar futbolçu meydançaya çıxanda hər şeyi unutmalıdır”, - deyə qeyd edib.

“Neftçi”nin 3-cülük imkanlarının aşağı olduğunu dilə gətirən A.Mircavadov, “Bakı” ilə görüşdə “Neftçi”ni favorit hesab etmək olar. Amma nəzərə almaq lazımdır ki, “Bakı”nın futbolçuları bundan əvvəlki oyunlarda olduğu kimi, yenə özlərini göstərmək, digər komandaların diqqətini çəkmək istəyəcəklər. Belə istəkli komandaya qarşı oynamaq isə həmişə çətin olur”, - deyə bildirib.

“Ağ-qaralar”ın əsas diqqətlərini Azərbaycan Kubokunun finalına yönəltdiyini deyən mütəxəssis, “Final oyunlarında başqa ab-hava olur. Çempionatdakı nəticələrə əsasən Kubokun finalına proqnoz vermək olmaz. Şanslar bərabərdir. “Neftçi”, çempionatdakı uğursuz nəticəni Kuboku qazanmaqla unutmar niyyətindədir”, - deyə fikrini tamamlayıb.

Vüsal Məmmədzadə






22 May, 2015  13:54 Baxılıb: 952 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner