Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tacik nazir azərbaycanlı həmkarı ilə razılaşdı

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov  Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Xalqlarımızın mədəniyyətlərinin zənginliyini, qədimliyini və yaxınlığını qeyd edən Əbülfəs Qarayev Azərbaycan-Tacikistan münasibətlərinin bütün sahələrdə ənənəvi inkişaf etdiyini söyləyib.
Azərbaycanın mədəniyyət və turizm naziri vurğulayıb ki, Tacikistan mədəniyyət tədbirlərində fəal iştirak edir. Onların dünya mədəniyyətinə verdiyi töhfələr təqdirəlayiqdir.
Ş.  Orumbekov öz növbəsində tacikistanlıların Azərbaycan mədəniyyətinə sonsuz sevgisindən danışıb.  Bildirib ki, tez-tez Tacikistanda Azərbaycan mədəniyyətinə, incəsənətinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. Bu günlərdə Düşənbədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə sərgi açılıb. Qonaq mədəni sahədə daha əlverişli imkanların yaradılması üçün ölkələrimiz arasında birbaşa reyslərin açılmasının zəruriliyini vurğulayıb.
Tacikistanın mədəniyyət naziri ölkəsinin folklor kollektivinin Azərbaycanda keçiriləcək beynəlxalq folklor festivalında iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Görüşdə kukla teatrları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyindən və Nizami Gəncəvi irsinin təbliği ilə bağlı müştərək layihənin reallaşdırılmasından söz açılıb.

Ümidə






19 May, 2015  11:30 Baxılıb: 1659 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner