Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Vətəni tanı" kampaniyası Qubada

Gənclərlə birgə deputatlarda lahiyədə iştrak edib

Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsinin dəstək verdiyi “Vətəni tanı” Ümumrespublika Kampaniyasının seçim turları davam etməkdədir. 

Layihə çərçivəsində növbəti tədbir Quba rayonunda baş tutub. Şuranın mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, Quba rayon Olimpiya Kompleksində baş tutan seçim turunda çıxış edən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması göz qabağındadır, Gənclərlə bağlı hazırlanan yeni proqramdan danışan millət vəkili bildirib ki, burada ölkə gənclərinin hər birini narahat edən məsələlər öz əksini tapacaqdır. 
Millət vəkili Vahid Əhmədov, icra başçısı Nəsrulla Vəliyev çıxışında bu layihənin təhsilə böyük töhfə verdiyini qeyd ediblər.

Milli Şuranın Baş Katibi və eyni zamanda kampaniyanın rəhbəri Orxan Ərəbov çıxış edərək yarış haqqında gəncləri məlumatlandıraraq onlara seçim turunun gedişatı haqqında danışıb. Bildirib ki, burada əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyünün qorunması, gənclərimizin coğrafi biliklərinin artırılmasıdır. Həmçinin biz bu layihədə 12 min gənci əhatə etməyi qarşımıza məqsəd qoymuşuq.

Qeyd edək ki, "VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyasının Quba rayon seçim turu çərçivəsində Qubada yerləşən və Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış massivi olan Xınalıq kəndinə (2300 m) kampaniyanın işçi qrupu tərəfindən səfər təşkil olunub. Xınalıqda yaşayan gənclər də Kampaniyada iştirak ediblər.






16 May, 2011  18:31 Baxılıb: 1269 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner