Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SAAKAŞVİLİDƏN QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNƏ SAYĞISIZLIQ

“Gürcüstan Müsəlmanları İdarəsi”nin yaradılması Bakıda sərt reaksiya doğurub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Gürcüstan hökuməti arasında münasibətlər getdikcə gərginləşir. Qonşu ölkənin müsəlmanlar birliyi təşkilatı yaratması QMİ-nin səlahiyyətlərinin bir qismini əlindən alması, bu qurumun Qafqaz üzrə nəzarətini məhdudlaşdırması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev açıqlama ilə çıxış edib.

Simsar.az xəbər verir ki, Ə.Əliyev Gürcüstanda “Gürcüstan Müsəlmanları İdarəsi” adlı qeyri-hökumət təşkilatının yaradılmasının düzgün olmadığını deyir: “Ümidvaram ki, məsələ qısa zamanda öz həllini tapacaq. Bizim Gürcüstanda indiyə kimi heç bir problemimiz olmayıb, inşallah, bundan sonra da olmaz. Yeni yaradılan qurum qeyri-hökumət təşkilatdır. QHT hansı səlahiyyətə sahib olacaq ki, gələ hansısa bir məscidi balansına keçirə? Xalq bunu necə qarşılayar? Mən belə başa düşürəm ki, bu məsələ öz yerini tapmayacaq”.

Hacı Əli onu da deyib ki, “Gürcüstan Müsəlmanları İdarəsi”nin təsisçilərinin heç biri din xadimi deyil, onların dini təhsili yoxdur: “Belə bir qurumun təsisçiləri din adamları, ruhanilər olmalıdır. Orda bir nəfər də olsun ruhani insan yoxdur, onlar dünyəvi insanlardır, bəziləri isə dövlət strukturlarında çalışır”.

Məlumatlara görə, “Gürcüstan Müsəlmanları İdarəsi” təşkilatının yaradılması təşəbbüsünün müəllifi Gürcüstan prezidenti Mixail Saakaşvilidir. O, ölkəsində müsəlmanların xarici dövlət tərəfindən idarə olunmasının qarşısını almaq üçün qeyri-hökumət təşkilatlarına gizli göstəriş verib.


QMİ sədri Hacı Allahşükür Paşazadə bu günkü konfransda çıxış edərək Gürcütan Müsəlmanlar İdarəsinin yaradılmasını kəskin tənqid edib. 

“Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasını bəziləri dini məsələ hesab edir. Lakin müsəlmanları mənəvi cəhətdən Azərbaycandan qoparmaq heç də dini məsələ deyil”-deyən Qafqaz şeyxi, bu məsələdə birtərəfli yanaşmanın olduğuna diqqəti çəkib.

“QMİ hərbi donanma deyil ki, hamı onu qəbul etsin. Bizi qəbul edən də ola bilər, etməyən də. Məsələ bunda deyil. Məsələ budur ki, bu qərarın qəbul olunmasında birtərəfli yanaşma hiss olunur. Əgər Gürcüctanda yaşayan ermənilər, katoliklər üçün də belə idarələr yaradılsaydı, bunu başa düşmək olardı. Amma müsəlmanlar üçün idarə yaratmaqla onları mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ deyil”-deyə A.Paşazadə sərt şəkildə vurğulayıb.

Bu məsələnin çoxdan baş qaldırdığını vurğulayan QMİ sədri üstüörtülü şəkildə Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ilə müşayət olunan 2003-cü ildə Gürcüstanda baş vermiş “Qızılgül inqilabına” işarə edib.
“Bu məsələ təzə deyil. Bu öz kökünü Gürcüstan bayrağına dörd xaçın əlavə edilməsindən götürüb. O bayraq qəbul ediləndən bu günə qədər məsələ davam edir”-deyə şeyx qonşu dövlətin bayrağına xrisitan xaçlarının əlavə edilməsinə işarə edib və bununla da xrisitan təəssübkeşliyinin ortada olduğuna diqqət çəkib.

“Bu addımın arxasında “Böyük Ermənistan” planı durur. Mən buna əminəm. Bu siyasi məsələdir və din burada yalnız pərdə rolunu oynayır. Bu addım atılmasın. Biz bununla bağlı müraciət edəcəyik”-deyə A.Paşazadə vurğulayıb. O təəssüflə bildirib ki, Gürcüstanda vəzifədə olan azərbycanlılar bu idarənin yaradılması işində fəallıq nümayiş etdirirlər.

Şeyx qeyd edib ki, QMİ-nin Gürcüstanda nümayəndəsi var.
“Biz Gürcüstanın səfirinə müraciət etmişik”-deyən A. Paşazadə bununla bərabər hər bir dövlətin istənilən sahə, o cümlədən dini sahədə qərar qəbul etməsinə ixtiyarı olduğunu vurğulayıb.
“Amma bütün xalqların maraqları da nəzərə alınmalıdır”.

Ruslan Xəlil






16 May, 2011  16:01 Baxılıb: 2474 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner