Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan daha 20 hərbi maşın alacaq

Nazir: “Azərbaycan «Paramount Group» şirkəti ilə hərbi nəqliyyat vasitələrinin istehsalını genişləndirmək niyyətindədir”

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə uzunmüddətli əməkdaşlığa maraqlıdır və bu şirkətlə yeni layihələri reallaşdırmaq niyyətindədir.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y. Camalovun sözlərinə görə, artıq əməkdaşlıq çərçivəsində «Paramount Group» və Elektron Hesablayıcı Maşınlar (EHM) zavodunun birgə istehsal etdiyi 30 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsi mart ayında Müdafiə Nazirliyinə təhvil verilib. Hazırda bu maşınların silahlandırılması həyata keçirilir: “Cari ilin iyun ayının sonuna qədər 15 maşını, ilin sonuna qədər isə qalan 15 maşını tam silahlandıracağıq. Nəqliyyat vasitələri milli istehsal olunan silahlarla təchiz ediləcək. Müqavilə çərçivəsində ilk olaraq 50 nəqliyyat vasitəsinin istehsalı nəzərdə tutulmuşdu. Qalan 20 ədəd nəqliyyat vasitəsi də bu ilin sonuna qədər istehsal olunacaq”.

Y. Camalov müqavilədə edilmiş əlavələrə əsasən, daha 20 nəqliyyat vasitəsinin istehsal olunacağını da vurğulayıb. Bununla da «Paramount Group»un lisenziyası əsasında Azərbaycanın istehsal etdiyi «Matador»və «Marauder» tipli nəqliyyat vasitələrinin sayı 70-ə çatdırılacaq: «Bizim «Paramount Group»la əməkdaşlığımız yüksək səviyyədədir və yüksələn xətt üzrə inkişaf edir. Hərbi texnika istehsalı üzrə ilk beynəlxalq tərəfdaşımız olan bu şirkətlə əməkdaşlığı davam etdirmək marağımızdadır».

Nazir qeyd edib ki, bu ilin sonuna qədər «Paramount Group»un yeni döyüş vasitəsi olan «Mbombe»nin birgə istehsalına dair da müvafiq qərar verilə bilər: «Bu yeni döyüş maşınıdır. Fevral ayında şirkət bu döyüş maşınının təqdimatını keçirdi. İlk olaraq bu döyüş maşının nümunəsi Azərbaycana gətirilərək test olunacaq və sonra istehsalını təşkil edəcəyik».

Qeyd edək ki, «V» gövdəyə malik «Matador» və «Marauder» minaya qarşı yüksək qorumanı təmin edir. Bu nəqliyyat vasitələri çoxfunksiyalıdır – patrul, sərhəd gözətçi, personal daşıyıcı, ambulans, logistik dəstək və s. məqsədlər üçün istifadə oluna bilir. Onlar tank əleyhinə minaların partlaması halında belə şəxsi heyəti qəlpələrdən və partlayışın təsirlərindən mühafizə edir. «Matador» 14 (12+2), «Marauder» isə 10 (8+2) personal daşıya bilir. Texnikaların partlayışa tab gətirmə imkanları müvafiq olaraq 21 kq TNT və 14 kq TNT-dir. Ballistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir. «Matador» STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b, «Marauder» isə STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğundur.






16 May, 2011  15:52 Baxılıb: 1344 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner