Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qurban ətini də satırmışlar

“Hizmət” adı altında toplanan ətlərin böyük qismi dövlətə satılıb

Dövlətdəki tenderləri araşdırmağa başlayan Türkiyə polisi, “Hizmət” adı altında toplanan on minlərlə heyvanın ətinin ictimai təşkilatlar və bələdiyyələrə satıldığını aşkar edib.

Simsar.az-ın məlumatına görə bu barəfə “Yeni Şafak” məlumat yayıb. Polis rəsmilərinin verdiyi məlumata görə, Türkiyə Baş Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin Rəhbərliyi qrupları, paralel şəbəkəyə istiqamətlənmiş istintaq işlərini  gücləndirir.

KPSS və TÜBİTAK istintaqları başda olmaqla paralel şəbəkəyə bağlı Ankaranın apardığı əməliyyatlar zamanı nəzarətə alınan şübhəlilərin ifadələri ilə istintaqa kömək edən təşkilatların hazırladıqları hesabatlar nəticəsində, “Hizmət” adı altında toplanan yardımların, quruluşa vəsait toplanmasını təmin etmək məqsədiylə istifadə edildiyini təyin edilib.

Verilən məlumata görə pulla bərabər pula çevrilə biləcək hər cür yardımı əhatə edən ianələrin arasında böyük və ya kiçik heyvan ətlərinin toplanaraq paralel təşkilatla bağlı olan firmalar vasitəsi ilə dövlət müəssisə və təşkilatlarına satıldığını aşkar edilib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, ianə adı altında toplanan on minlərlə heyvanın çox az bir hissəsinin qurban kəsildiyi və bir qisminin isə ianə sahibinə Qurban Bayramı ərəfəsində ötürüldüyü müəyyən olunub.

17 Dekabr əməliyyatından sonra Baş Polis İdarəsi başda olmaqla bir neçə tender komissiyasında sədr və üzvlərin dəyişdiyi, çox saylı dövlət qurum və təşkilatındakı tender komissiyalarında isə həmin xəyanətkar dəstənin fəaliyyətini davam etdirdiyi iddia edilib.

Əlavə edək ki, polisin digər dövlət müəssisə və təşkilatlardakı müxtəlif tenderləri də bu çərçivədə nəzərdən keçirəcəyi bildirilib.

Hüseyn İbadlı






7 May, 2015  11:38 Baxılıb: 1689 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner