Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ana olmaq üçün ən yaxşı ölkələr - SİYAHI

“Uşaqları xilas edin !” qeyri-hökumət təşkilatı anaların xoşbəxt olduğu ölkələrlə bağlı illik hesabat hazırlayıb. Simsar.az AzərTac-a istinadən xəbər verir ki, hesabatda Norveç ana olmaq üçün ən yaxşı ölkə hesab olunub və siyahıya başçılıq edib. Ən pis ölkələr siyahısında isə birinci yerdə Somali gəlib.

Hesabatda dünyanın 179 ölkəsində ana və uşaq ölümü kimi problemlər də öz əksini tapıb.

Ana olmaq üçün ən yaxşı ölkələr siyahısına keçən il başçılıq edən Finlandiya bu il ikinci yerdə qərar tutub. Siyahıda Avstraliya 9-cu, Kanada 20-ci, Böyük Britaniya 24-cü, Fransa 29-cu yeri tutur.

Ötən il 31-ci yerdə gələn Amerika Birləşmiş Ştatları (ABŞ) yeni siyahıda Yaponiya, Polşa və Xorvatiyadan sonra 33-cü yerdə olub. ABŞ-da doğuş zamanı ana ölümü hallarının Polşa ilə müqayisədə on dəfə artıq olduğu qeyd edilib.

Afrika qitəsində ana olmaq üçün ən yaxşı ölkə hesab edilən Sierr-Leona siyahıda 169-cu yerdə gəlib.

Hesabatda qeyd olunub ki, ana olmaq üçün ölkənin varlı olması heç də əsas şərt deyil. Belə ki, yeni doğulan körpələrin ölüm hallarına görə dünyanın 24 ən varlı paytaxtı arasında Vaşinqton öndə gedir. ABŞ-in paytaxtında hər 1000 yeni doğulan körpədən təqribən7-si dünyasını dəyişir. Stokholm və Osloda isə hər 1000 yeni doğulan körpə arasında 2 ölüm faktı qeydə alınır.

Hesabatda, həmçinin ana və uşaq sağlamlığının bütün ölkələr üçün mühüm prioritetlərdən biri olduğu bildirilir.






7 May, 2015  10:43 Baxılıb: 805 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner