Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Lavrovun Türkiyə səfəri təxirə düşdü

Rusiya xarici işlər naziri Sergey Lavrovun mayın 16-da Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.

Simsar.az-ın Moskva müxbirinin verdiyi xəbərə görə, rusiyalı nazirin səfəri Türkiyə tərəfinin xahişi ilə təxirə salınıb.

Qeyd edək ki, mayın 16-da Antalya şəhərində Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının keçirilməsi planlaşdırılmışdı. Lakin Türkiyədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar toplantı təxirə salınıb.

Rusiyanın "İzvestiya" qəzetinə açıqlama verən diplomatik mənbə bildirib ki, Türkiyə tərəfi yeni hökumət formalaşdıqdan sonra məsələ ilə əlaqədar yenidən görüşün keçirilməsini təklif edib. Nəşrin iddiasına görə, Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının təxirə salınmasının səbəblərindən biri Rusiya prezidenti Vladimir Putinin İrəvanda "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməsidir.






6 May, 2015  20:10 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner