Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyənin 3 bölgəsindən quş idxalına QADAĞA

Bu gün Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi Sialə Rüstəmova 5 may 2015-ci il tarixli 27/S-03 saylı sərəncamına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.

Simsar.az Dövlət Baytarlıq Nəzarəti Xidmətinin saytına istinadən xəbər verir ki, 6 may 2015-ci il tarixli 27/S-04 saylı yeni sərəncama əsasən, Türkiyənin daha üç bölgəsində - İnebol, Qaraböyük və Qastamonuda quş qripinin yayılması ilə əlaqədar həmin ərazilərdən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Beləliklə, Türkiyənin müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrin (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Qastamonu) sayı 12-yə çatıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizin quş qripi xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görülür və hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.






6 May, 2015  19:38 Baxılıb: 637 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner