Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil Nazirliyindən işdən çıxarılan xadimə ilə bağlı MƏLUMAT

Təhsil Nazirliyi Abşeron rayonu Çaylı kənd məktəbinin xadiməsinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Simsar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son bir neçə gündə Abşeron rayonu Çaylı kənd sakini Arzu Rüstəmovanın şikayəti ilə əlaqədar təhsil nazirinin göstərişinə əsasən nazirliyin əməkdaşları Abşeron Rayon Təhsil Şöbəsində olub. Şöbə müdirinin, Çaylı kənd məktəbi direktorunun və A.Rüstəmovanın iştirakı ilə görüş keçirilib. Görüşdə A.Rüstəmovanın işdən çıxarılması səbəbləri və onun öz xahişinə görə övladının liseyə qəbuluna köməklik göstərilməsi məsələləri müzakirə olunub. A.Rüstəmovaya övladının arzu etdiyi liseyə qəbuluna yardım olunacağı qeyd olunub.

Görüşdə A.Rüstəmovanın tutduğu vəzifədən azad olunması ətrafında söhbət aparılıb və onun şikayətinə birtərəfli mövqeden yanaşılmaması üçün müəyyən araşdırmaların aparılacağı qeyd olunub.

Araşdırılma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.

Qeyd edək ki, video-reportajı Meydan TV hazırlayıb.






6 May, 2015  17:28 Baxılıb: 657 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner