Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan çox önəmli bir ölkəyə çevrilib - Əli Əhmədov

“Gələcəkdə Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi qeyd ediləcək. Bu da o deməkdir ki, Azərbaycan, Bakı artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə ev sahibliyi etmiş ölkə və şəhər kimi tarixə düşəcək”.

Simsar.az azerbaijan-news.az-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi Azərbaycanın inkişafı, dünya birliyinə inteqrasiyası ilə bilavasitə bağlıdır. Bundan başqa, Azərbaycanın genişmiqyaslı idman yarışlarının və ya mədəni tədbirlərin keçirilməsinə ciddi yanaşmasının, bütün bu tədbirlərin yüksək səviyyədə təşkilinə Avropanın inanmasının nəticəsidir.

Oyunların yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün işlərin artıq görüldüyünü vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycan dəfələrlə Avropa miqyasında, ondan da daha geniş bir miqyasda maraq doğuran böyük idman və ya mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə, hər bir azərbaycanlı üçün qürur mənbəyidir ki, ilk Avropa Oyunları Bakıda keçiriləcək. İlk Avropa Oyunlarının standartları Bakıda müəyyənləşdiriləcək və bundan sonra Avropa Oyunlarını hansı ölkə keçirəcəksə kifayət qədər məsuliyyətlə yanaşmalı olacaq ki, bu Oyunları Bakıda qoyulmuş standartlara uyğun şəkildə keçirməyə müyəssər olsun.

Əli Əhmədov vurğulayıb ki, bu gün Azərbaycan dünyanın gözündə çox önəmli bir ölkəyə çevrilib. Təsadüfi deyil ki, ayrı-ayrı beynəlxalq tədbirlərin keçirilməsi üçün yer axtaranda ilk yada düşən ölkələrdən biri də məhz Azərbaycan olur. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır.






6 May, 2015  17:04 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner