Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Şrek və digər qəhrəmanlara baxılmasını yasaqlaya bilmərik” – Nazirlik rəsmisi

Mayın 7-də Nizami Kino Mərkəzində uşaqlar üçün çəkilmiş “Dərs” bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin  sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”  kinostudiyasında çəkilən “Dərs” filminin ssenari müəllifləri  Elza Ağayeva və  Anastasiya Volkova rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür. Ekran əsəri, uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.

Bu, Azərbaycanda son 4 ildə çəkilən yeganə uşaq filmidir. 2010-2011-ci illərdə bu mövzuda yeganə olaraq rejissor İlqar Nəcəfin quruluş verdiyi “Buta” filminə rast gəlmək olar. Bundan əvvəlcə 1995-ci il istehsalı olan “Ağ atlı” oğlanı yada salmaq olar.

Hər bir sahədə olduğu kimi kino sektorunu də Sovet və həmin dövrdən sonrakı mərhələlərə bölürük. Müstəqillik əldə etdiyimiz dövrdə də ən azı ildə iki dəfə Sovet dönəmində istehsal edilən  “Şir evdən getdi”, “Bir qalanın sirri”, “Asif, Vasif, Ağasif”, “Mən nəğmə bəstələyirəm”, “Sehirli xalat” kimi az qala hər kadrını əzbər bildiyimiz filmlərə baxırıq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov müstəqillik dövründə uşaq filmlərinin az çəkilməsini belə izah edir: “Adlarını çəkdiyimiz filmlər 1958-1991-ci illərə qədər çəkilib. Bu  filmləri illərə bölsək elə həmin nisbət  alınacaq.  Həm o vaxt, həm də indi uşaq filmləri az çəkilir. Bu həqiqətdir, bu faktdır. Bunu heç kəs danmır. Ümid edirəm ki,  “Dərs” filmi ilə uşaq mövzusuna diqqət artacaq. Mədəniyyət və  Turizm Nazirliyində bu istiqamətdə işlər gedir, konkret olaraq uşaq mövzularında ssenarilər yazılır, nağıl - filmləri hazırlanır”.

Hər zaman qürurla zəngin şifahi xalq ədəbiyyatına malik xalq olduğumuzu deyirik. İlk baxışdan bu ədəbiyyat nümunələrinin ekranlaşdılması asan yol kimi görünsə də sektor müdiri nağıl -filmlərin istehsalının çətin proses olduğunu deyir. Y. Şeyxov nağıldan film ssenarisi  hazırlamağın çox zaman mümkünsüz olduğunu deyir: “Nağılın quruluş kompozisiyası, strukturu  kinoya tam ziddir. Nağıl kimi yaxşıdır. Amma hər hansı nağılı kino kimi təsəvvür etsək bəlli olacaq ki, heç vəznlə kino dilinə yatmır. Buna çox böyük ustalıq lazımdır, bəzi hallarda isə mümkün deyil. Məsələn, “Molla Nəsrəddin”in lətifələri var. Hamı oxuyub, sevib, gülüb. Mən də kinoya yeni gələndə “Mozalan”ın işçilərindən soruşurdum ki, deyirsiz ssenari çatışmır,  Molla Nəsrəddinin lətifələrini niyə ekranlaşdırmırsınız? Başa salırdılar ki, anekdotu kinoya çevirmək mümkün deyil. Çünki o başqa prinsiplərlə yaranıb, şifahi ifadə etmək və eşitmək üçün nəzərdə tutulub. Göstərmək və baxmaq üçün nəzərdə tutulmayıb. Kinonun  qaydaları və dramaturji qanunları var”.

Lakin hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kalssik  Azərbaycan nağıllarından birinə müasir elementlər əlavə etməklə yeni ssenari yazılır. Proses getdiyi üçün nağıl və müəllifin adı açıqlanmır. Bununla yanaşı, kiçik yaşlı tamaşaçıları  “Cırtdan”  və “Sehirli xalat” nağıllarının birləşməsindən ibarət yeni nağıl-film də gözləyir. İlin sonunadək layihənin çəkilişlərinə başlanacaq. Bir neçə nağılın da kino dilinə çevrilməsi prosesi gedir.

Y. Şeyxov uşaq mövzusunda ssenarist və rejissor qıtlığı olduğunu da etiraf etdi. Bunun səbəbi isə uşaqlarla işləməyin çətin olmasıdır: “Bunu öz təcrübəmdən də deyə bilərəm (Y. Şeyxov “Sehirli xalat”da çəkilib). Uşaqdan tələb  olunan emosiya, ssenaridən irəli gələn hər hansı vəziyyəti almaq çətindir. Çünki uşaqlarda professional hazırlıq yoxdur. Yeni çəkilən “Dərs” filmində rejissor Rafiq Əliyev və Cavid Təvəkkül bunun öhdəsindən gəliblər. R. Əliyev uzun müddət Gənc Tamaşaçılar Teatrında işləyib. Uşaq psixologiyası və kontingentini, tamaşaçıların tələbatını bilir. “Dərs” filmi üçün uşaqlar  Bakı  məktəblərindən seçilib. Hərəsi özünə görə bir personaj, obrazdır, xarakterdir”.

Azərbaycan uşaqlarının xarici film qəhrəmanlarını tanıması və ideal seçməsini isə nazirlik nümayəndəsi qloballaşma ilə əlaqələndirir. Y. Şeyxov rəqbətə girməyi yox, milli dəyərlərimizi təbliğ etmək  və kino ənənələrimizi davam etdirməyi qarşıya məqsəd qoyduqlarını bildirdi: “Şrek, Ələddin və s. bütün dünyanın qəhrəmanlarıdır. Uşaqlarımızın bu qəhrənanlara baxmasının qarşısnı ala bilmərik. Çünki indi heç kim çuxa geyinmir. Biz də dünyada gedən proseslərə qoşulmaq və xəbərdar olamlıyıq. Biz böyük dövlət deyilik. Bizim kinomuz vasitəsilə dünyanı ələ almaq iddiamız yoxdur. Biz sadəcə dünya kino prosesinə qoşulub öz milli-mənəvi dəyərlərimizi təbliğ etməliyik”.

Yeni filmlərin televiziya kanallarında nümyişi isə telekanlların yayım siyasətindən asılıdır. Sektor müdiri  filmlrin yayımı üçün müəlliflərə müəyyən məbləğdə qonorar ödəndiyini deyir: “Azərbaycan filmləri reytinqlidir. Tamaşaçılar həvəslə baxırlar. Efir nələrləsə bağlanmalıdır. İstənilən halda telekanal pul ödəyir, əgər bu  Azərbaycan filmi olsa lap yaxşı olar”.

Ümidə






6 May, 2015  16:22 Baxılıb: 1674 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner