Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Odessada güllələnən azərbaycanlı xəstəxanada ölüb

Odessada Bolqarıstandan olan tələbənin güllələdiyi 3 azərbaycanlıdan biri bu gecə xəstəxanada dünyasını dəyişib.

Simsar.az-ın “rbc.ua”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat katibi Alla Marçenko bildirib. A. Marçenko deyib ki, qətli törətməkdə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq  təcridxanasında saxlanılır.

Qeyd edək ki, hadisə mayın 1-də Odessa şəhəri Kiyev rayonunun Lvov küçəsində baş verib. 1 May münasibətilə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib.

Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb.

3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.






6 May, 2015  15:05 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner