Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Faşizmlə mübarizədə azərbaycanlıların rolu müzakirə olunub - FOTOLAR

Azərbaycanda müxtəlif icmaların və milli azlıqların nümayəndələri “Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində” mövzusunda müzakirə aparıblar.

Simsar.az xəbər verir ki, “Etnoqlobus” Beynəlxalq İnformasiya-Analitik Mərkəzinin təşkil etdiyi “Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində” mövzusunda dəyirmi masada tatar, Ukrayna, rus icmaları, KİV və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının tarix elmləri doktoru Sevinc Əliyeva b bildirib ki, Azərbaycan xalqı bütün sovet xalqları kimi faşizm üzərində qələbəyə öz töhfəsini verib. Onun sözlərinə görə, birlik sayəsində əldə olunan qələbə böyük insan, maddi və mənəvi itkilər verən, qələbə uğrunda ən dəyərli şeylərini fəda edən Azərbaycan xalqının da qələbəsidir: “Azərbaycanın hər beşinci sakini bu müharibədə vuruşub. 3,4 milyon nəfər əhalisi olduğu halda (1941-ci ilə olan vəziyyətə görə) 700 minə yaxın şəxs, o cümlədən 10 mindən artıq qadın cəbhəyə yollanıb. Təkcə müharibənin ilk günlərində Azərbaycanın 40 mindən artıq oğlu və qızı cəbhəyə getmək üçün hərbi komissarlıqlara ərizə vermiş, 186 min 704 nəfər yığma qoşun döyüşçüsü olmaq üçün qeydiyyatdan keçmişdi. Tez bir zamanda respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi və 15 min havadan müdafiə dəstəsi təşkil olunmuşdu. Hərbi hissələr üçün 15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı”.

“Azərbaycanlılar Brest qalası, Leninqrad və Moskvanın müdafiəsi, Stalinqrad, Qafqaz, Kursk qövsü və Ukrayna uğrunda döyüşlərdə iştirak ediblər. Azərbaycanlılar Ukrayna uğrunda döyüşlərdə əsasən Krım yarımadasında vuruşublar. Həmçinin onlar Baltikyanı və Şərqi Avropa ölkələrinin azad olunması və Berlin uğrunda döyüşlərdə də iştirak ediblər. 400 mindən artıq azərbaycanlı hərbi mükafat və medallarla, 170 mindən çox adam orden və medallarla təltif edilib, 14 əsgər tamŞöhrət ordeni kavalerləriadına, 40-dan artıq azərbaycanlı şücaət və igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına (onlardan 16-sı ölümündən sonra) layiq görülüb”, - deyə S.Əliyeva bildirib.

Hüseyn İbadlı






6 May, 2015  14:50 Baxılıb: 618 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner