Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Orta məktəblərdən şikayətlərin ardı kəsilmir

Təhsil Nazirliyinin “Qaynar xətt” inə 1655 müraciət daxil olub

  Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) apreldə 1824 müraciət daxil olub. Simsar.az xəbər portalının Nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, əksəriyyəti (1655 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlərin 198-də təhsil müəssisələrində yol verilmiş nöqsanlardan bəhs olunur. 

Şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki, onların çoxu yenə də ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 57, digər şəhər ümumtəhsil məktəblərindən 20 (Gəncədən 5, Sumqayıtdan 14, Naftalan 1), Abşeron rayonundan 10, Lerik rayonundan 6, Ağcabədi rayonundan 4, Cəlilabad, Biləsuvar, Şamaxı, Bərdə və Ağdam rayonlarının hər birindən 3, Yardımlı, Qəbələ və Daşkəsən rayonlarının hər birindən 2, Ağstafa, Qazax, Cəbrayıl, Lənkəran, Balakən, Kürdəmir, Göygöl, Zaqatala, Kəlbəcər, Şabran, Ağdaş, Saatlı, Qobustan, Ucar, Goranboy, Quba, Beyləqan və İmişli rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, imtahan və olimpiada nəticələrindən apelyasiya, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqlarından qanunsuz tutulmalar ilə əlaqədardır. Araşdırma zamanı xeyli müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, bir sıra müraciətdə isə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Ötən ay məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar “Qaynar xətt”ə daxil olan şikayətlərin sayı mart ayına nisbətən iki dəfə çox olub. Belə ki, 26 müraciətin 22-si Bakı, 2-si Sumqayıt şəhərlərindən və 1-i Lerik rayonundan edilib. Bu müraciətlər uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, müxtəlif tədbirlərin keçirilməsi üçün tələb olunan vəsait, məktəbəqədər müəssisələrin iş rejiminin valideynlərin iş saatları ilə uyğun gəlməməsi və digər mövzuları əhatə edir. Məktəbdənkənar tərbiyə müəssisələri ilə bağlı 2 şikayət xarakterli müraciət qəbul olunub. Bu müraciətlər araşdırılaraq həllini tapıb.

Texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 7, özəl ali təhsil müəssisələri ilə əlaqədar 26 müraciət daxil olub.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin gecikdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı məsələlər əksini tapıb.

Özəl ali təhsil müəssisələrindən daxil olmuş 26 müraciətdən 1-i Odlar Yurdu (diploma rüsum istənilməsi haqqında), 1-i Təfəkkür (ABU-dan köçürülən tələbələrin təhsil haqqı ilə əlaqədar), 24-ü isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. Azərbaycan Beynəlxalq Universitetindən daxil olan müraciətlərdə bu təhsil müəssisəsinin sabiq tələbələrinin sənədlərinin verilməsində yaranan problemlərdən bəhs olunur. Bütün bu müraciətlər Təhsil Nazirliyi tərəfindən araşdırılıb.






13 May, 2011  22:41 Baxılıb: 1250 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner