Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sürücülərə şad xəbər - Daha bir yol açıldı

I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə “Bakı Dairəvi-1” avtomobil yolunun "Lökbatan" dairəsindən şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Simsar.az-a verilən məlumata görə, artıq yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Qeyd edək ki, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 210 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri, "Oyunlar zolağı" çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb.

Bundan başqa, yolun kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib.






6 May, 2015  11:11 Baxılıb: 861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner